Sapphire Hotels Group

Odlar yurdu Azərbaycana xoş gəlmisiniz! Bura, qərb və şərqin birləşdiyi məkandır.

Hotel management software

SAPPHIRE HOTELS

Haqqımızda

Sapphire Hotels Group hazırda beş brend ilə təmsil olunan regional otellər şəbəkəsidir: “Sapphire Baku”, “Sapphire City”, “Sapphire Inn”, “Sapphire Marine” və “Sapphire Bayıl”. Hər bir otel özünəməxsus abu-havası və zərif interyeri ilə unikaldır, lakin birləşdirici amil onların hər birinin şəbəkənin adına və simvolikasına uyğun olan təkrarolunmaz keyfiyyət standartlarının daim təkmilləşdirilməsidir.

Sapphire Group otellərinin interyerləri müasirlik və milli irs ruhunu özlərində məharətlə birləşdirərək onları uşaqlı cütlüklər, turistlər, iş adamları və tək səyahət edənlər üçün ən rahat məkana çevirir.

Sapphire Hotels Group komandasının əsas məqsədi personalın qonaqlara onların sosial statusundan asılı olmayaraq göstərdiyi səmimi qayğı ilə rahatlıq mühiti yaratmaqdır. Bizim missiyamız hər bir qonağa əsl Azərbaycan qonaqpərvərliyininin nümayiş etdirilməsidir.

Sapphire Hotels Group-u seçdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildirmək istəyirik. Şirkətin missiya və məqsədlərinə uyğun olaraq fəaliyyət göstərən bütün komandamız öz çoxsaylı səriştələrini daim təkmilləşdirir ki, Sapphire otellərində keçirdiyiniz hər an gözəllik və sevinc anları ilə dolu olsun!

İMKANLAR

City Service Company

Əməkdaşlarımız

BİZİ TAPIN

Otellərimizi asanlıqla tapın