Sapphire Hotels Group

Odlar yurdu Azərbaycana xoş gəlmisiniz! Bura, qərb və şərqin birləşdiyi məkandır.

Hotel management software

SAPPHIRE HOTELS

Haqqımızda

Sapphire Hotels Group hazırda beş brend ilə təmsil olunan regional otellər şəbəkəsidir: “Sapphire Baku”, “Sapphire City”, “Sapphire Inn”, “Sapphire Marine” və “Sapphire Bayıl”.

Hər bir otel özünəməxsus abu-havası və zərif interyeri ilə unikaldır, lakin birləşdirici amil onların hər birinin şəbəkənin adına və simvolikasına uyğun olan təkrarolunmaz keyfiyyət standartlarının daim təkmilləşdirilməsidir.

Sapphire Group otellərinin interyerləri müasirlik və milli irs ruhunu özlərində məharətlə birləşdirərək onları uşaqlı cütlüklər, turistlər, iş adamları və tək səyahət edənlər üçün ən rahat məkana çevirir.

Sapphire Hotels Group komandasının əsas məqsədi personalın qonaqlara onların sosial statusundan asılı olmayaraq göstərdiyi səmimi qayğı ilə rahatlıq mühiti yaratmaqdır. Şirkətin missiyası hər bir qonağa əsl Azərbaycan qonaqpərvərliyinin nümayiş etdirilməsidir.

Sapphire Hotels Group-u seçdiyiniz üçün Sizə dərin minnətdarlıq bildirilir. Şirkətin missiya və məqsədlərinə uyğun fəaliyyət göstərən komanda öz səriştələrini daim təkmilləşdirir ki, Sapphire otellərində keçirdiyiniz hər an gözəllik və sevinc dolu olsun!

Qeyd etmək istənilir ki, hazırda bütün otellərimizdə loyallıq proqramı mövcuddur. Bu proqram üç kateqoriyadan ibarətdir: Silver, Gold və Diamond. Hər bir kateqoriya qeydiyyatdan keçmiş istifadəçilər üçün xüsusi endirimlər və əlavə üstünlüklər təqdim edir.

Loyallıq proqramına qoşulun və Sapphire otellərində qalmağınızı daha da xoş edəcək imtiyazlardan faydalanın!

İMKANLAR

City Service Company

Əməkdaşlarımız

BİZİ TAPIN

Otellərimizi asanlıqla tapın