Sapphire city

Otel haqqında

“Sapphire City” brendi Sapphire Hotels Group şirkətini təmsil edən otellərdən biridir. “Sapphire City” haqlı olaraq paytaxtın ən koloritli otellərindən hesab olunur, yerləşdiyi məkan isə təsadüfən seçilməyib. Belə ki, otel paytaxt həyatının mərkəzində, məşhur Fəvvarələr Meydanından bir neçə metr aralıda yerləşir.

Növbəti dəfə “Sapphire City” otelinə gəldiyiniz zaman klassik üslubda tərtib olunmuş interyerə daha yaxından nəzər salın. Qonaqlarımızın əksəriyyəti razılaşır ki, bu otel öz incə zərifliyi və əzəməti ilə muzey konseptinə bənzəyir. Biz Sizin “Sapphire City”-də keçirdiyiniz zamanın unudulmaz olması üçün əlimizdən gələni edəcəyik.

Free WiFi
Pulsuz dayanacaq
7/24 qəbul
Otaq servisi
Avtomobil icarəsi
Bələdçi
Hava limanı transferi

Sapphire city

Otaqlar

Sapphire city

Restoran

Otelin üst mərtəbəsində yerləşən “Societe” restoranı öz gözəlliyi, genişliyi və Fəvvarələr Meydanının mənzərəsi ilə Sizi dərhal heyran edəcək. Qonaqlarımız bizim restorana gələrkən, terrasdan açılan möhtəşəm mənzərəni yaddaşlara həkk etmək üçün mütləq burada şəkil çəkdirirlər. Restoranda ənənəvi Azərbaycan mətbəxinin təamları ilə yanaşı, dünya mətbəxinin məşhur yeməkləri də təqdim olunur. Klassik dekorativ elementlərlə zərif dizayn isti və rahat atmosfer yaradır, bu isə öz növbəsində canlı qastronomik təcrübə üçün mükəmməl fondur!

Sapphire city

Lobbi

Lobbinin dəbdəbəli interyeri xoş istirahətə və rahat söhbətlərə sövq edir. Burada Siz sevdiklərinizlə birgə həzz alıb və həmçinin uzun gəzintidən sonra vaxt keçirə bilərsiniz. Florensiyanın əsrarəngiz üslubu və yerli koloritin gözlənilməz qarışığı Sizi özəl hiss etdirəcək.

 

ƏMƏKDAŞLAR

Otelimizin qonaqları üçün qeyd olunmuş restoranlarda endirimlər mövcuddur

Mangal Steak House
Nar & Şərab
Ocakbaşı 62 Mangal
Nar & Şərab
SOCIETE
Sədəf
Mangal Steak House - Zagulba
BurgerBəy

QİYMƏTLƏNDİRMƏ

Qonaq rəyləri

Sapphire City oteli üçün dəyərləndirmə edilməyib. İlk rəy bildirən Siz olun!

Sapphire city

Əlaqə

Ünvan

Nizami küçəsi 64, Bakı, Azərbaycan. AZ1095

Telefon

+994 51 207 63 22

+994 12 498 80 06

E-poçt

info.city@sapphire.az