Sapphire Inn

Otel haqqında

“Sapphire INN” otelinin dizaynerləri incə zövq nümayiş etdirərək Azərbaycan mədəniyyətinin koloritini əks etdirmək üçün əllərindən gələni ediblər. Otel şəhərin tarixi və işgüzar hissəsində yerləşir ki, bu da əlavə vaxt itirmədən şəhərin görməli yerlərini seyr etməyə, ticarət, əyləncə və biznes mərkəzlərinə getməyə imkan verəcək. Uzun məsafələr üçün isə biz Sizə avtomobil icarəsi xidməti göstərməyə və ya taksi sifariş etməyə hazırıq.

Əgər Siz “Sapphire INN” otelini bir cümlə ilə təsvir etməyimizi istəsəniz, biz onu belə ifadə edərdik: qeyri-adi təcrübələr axtarışında olanlar üçün!

Free WiFi
Pulsuz dayanacaq
7/24 qəbul
Otaq servisi
Avtomobil icarəsi
Bələdçi
Hava limanı transferi

Sapphire Inn

Otaqlar

Sapphire Inn

Restoran

“Sapphire INN” otelinin restoranı aşpazlarımızın dadlı yeməklərindən həzz alaraq tam istirahət edə biləcəyiniz məkandır. Restoranın menyusuna yerli və xarici mətbəxin yeməkləri daxildir. Rahatlıq və dadlı təamlar restoranımızı şəhərin ən yaxşılarından biri edir. Biz həmçinin şənliklər, ad günlər və digər bayram tədbirlərinin təşkilində kömək etməyə hazırıq. Biz hər bir qonağa fərdi yanaşma tətbiq edirik ki, bu da masanın dizaynında, menyunun tərtib edilməsində və digər vacib detallarda öz əksini tapır.

Sapphire Inn

Lobbi bar

“Sapphire INN”-in birinci mərtəbəsində yerləşən lobbi bar otelin qonaqları üçün günün 24 saatı fəaliyyət göstərir. Burada hər zaman yüngül nahar edə və ya sevdiklərinizlə bir axşam keçirə bilərsiniz. Otelin dizaynerləri ən rahat atmosfer yaratmağa çalışıblar ki, Siz buraya təkrar-təkrar qayıtmaq istəyəsiniz. Lobbi bar istənilən otelin “siması”dır. Məşhur “İlk təəssürat yaratmaq üçün ikinci şansınız olmayacaq” ifadəsini nəzərə alaraq, biz məhz burada ən yüksək qonaqpərvərliyi nümayiş etdiririk.

ƏMƏKDAŞLAR

Otelimizin qonaqları üçün qeyd olunmuş restoranlarda endirimlər mövcuddur

Mangal Steak House
Nar & Şərab
Ocakbaşı 62 Mangal
Nar & Şərab
SOCIETE
Sədəf
Mangal Steak House - Zagulba
BurgerBəy

QİYMƏTLƏNDİRMƏ

Qonaq rəyləri

Sapphire Inn oteli üçün dəyərləndirmə edilməyib. İlk rəy bildirən Siz olun!

Sapphire Inn

Əlaqə

Ünvan

Həsən Abdullayev küçəsi 5, Bakı, Azərbaycan AZ1014

Telefon

+994 12 505 11 05

+994 51 207 63 32 (GSM)

E-poçt

info.inn@sapphire.az